BURADA REKLAMINIZ OLA
BİLƏR

Astara və Biləsuvar gömrük sərhəd buraxılış məntəqələri bağlandı – SON DƏQİQƏ

Astara Gömrük Postundan İrana keçid dayandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

 

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

 

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

 

Məlumata görə, məntəqənin nə vaxt açılacağı məlum deyil.

 

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.Report

Tarix: 23 Fevral 2020, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin