BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhman Rəhmanov: “Öd kisəmi əməliyyat etdilər”

“Öd kisəmi əməliyyat etdilər. Palataya köçürüblər məni. Özümü yaxşı hiss edirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunan Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov söyləyib. 

 

Onun sözlərinə görə, daha bir əməliyyatın da keçiriləcəyi gözlənilir.

 

Xatırladaq ki, dünən aktyorun vəziyyətinin pisləşməsi və əməliyyat üçün pulun olmaması haqqında məlumat yayılmışdı. Kukla Teatrının mətbuat xidməti isə məlumatı təkzib etmiş, əməliyyat üçün lazım olan tədbirlərin görüldüyünü söyləmişdi.Kulis.az

Tarix: 23 Fevral 2020, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin