BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Şou-biznesə ər tapmağa gəlirlər”

“Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bəstəkar-müğənni Murad Arif “Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu camiyəni “bataqlıq” adlandıranları qınayıb:

 

“Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!”.Axşam.az

Tarix: 23 Fevral 2020, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin