BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdə təhsil proqramında üstünlük veriləcək prioritet ixtisaslar açıqlandı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.

 

Pravda.az xəbər verir ki, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq.

 

Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcək:

 

- informasiya texnologiyaları;

 

- mühəndislik;

 

- statistika və verilənlərin təhlili;

 

- fundamental və tətbiqi elmlər;

 

- ictimai səhiyyə;

 

- təhsil;

 

- ətraf mühit;

 

- aviasiya və kosmos;

 

- dövlət idarəetməsi;

 

- nəqliyyat və logistika;

 

- energetika;

 

- iqtisadiyyat;

 

- maliyyə;

 

- arxitektura və dizayn;

 

- kənd təsərrüfatı.

 

Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı da hazırlanacaq.

Tarix: 28 Fevral 2022, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin