BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK-dan Kərəm Həsənovun qardaşının seçki dairəsi ilə bağlı QƏRAR

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

 

MSK üzvü Tofiq Həsənov bildirib ki, ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. T.Həsənov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

 

MSK üzvü Bəxşeyiş Əsgərov həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur. M.Həsənov Azərbaycan Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır.

 

Tarix: 23 Fevral 2020, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin