BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məzahir Pənahov məndən üzr istədi”

"MSK-nın iclası indi bitdi. Məzahir müəllim dünən ad günümdə çağırdıqları üçün üzr istədi, kaş ki seçkilərə görə də bir gün üzr istəsin. Səsləri hüquqi və siyasi yolla qorunmağa davam edirik. Deməli, hələlik rekord sayda – 11 məntəqənin nəticəsi mənim dairəmdə ləğv edildi".


Pravda.az-ın xəbərinə görə, bunu 12 saylı Dairədən deputatlığa namizəd Natiq Cəfərli deyib.


“Daha bir məntəqə ilə bağlı ilə dedilər ki, “protokola möhür vurulub, amma imza yoxdur deyə baxmırıq”, çünki həmin məntəqədən MSK-ya deyiblər ki, möhürün kim və necə vurduğunu bilmirik. Mən də dedim ki, yəqin Kopperfild vurub möhürü, yanımda əyləşən Gülağa bəy bığaltı güldü. Sonda Məzahir müəllimə dedim ki, hüquqi yol heç, sona qədər gedəcəyik, amma əsas odur ki, 2-ci sinifdə oxuyan oğlum böyüyəndə tarix kitablarında bu gün etdiyinizi oxuyub utanmasınlar – əsas bunun üçün çalışacağıq. Məzahir müəllim də dedi ki, yaxşı arzudur…Yola davam.”- N.Cəfərli əlavə edib.

Tarix: 23 Fevral 2020, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin