BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun qızının rəfiqəsi lənkəranlıları təhqir edib? - AÇIQLAMA

Daxili İşlər Nazirliyinin məlumatını sizinlə bölüşdüm. Sonra da belə rəylər aldım ki, əslində burda qeyri-adi bir şey yoxdur. Çünki, cinayət işi açmaq hüququ polis orqanlarının səlahiyyətində deyil, bu hüquq prokurorluğa məxsusdur. Odur ki, DİN-in "Jalə Bayramovaya qarşı cinayət işinin başlanması barədə yayılan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir" bəyanatı sadəcə ictimai gərginliyin azalmasına xidmət edir. Prosesin gedişi nəzarətimizdədir, sabah -15 gündən sonra Jaləni yenidən tibbi ekspertizadan keçməyə dəvət ediblər. Bundan sonra polis bu işin təhqiqatını yekunlaşdırıb, porkurorluğa təqdim edəcək, Jalənin şikayətinə dair Azadənin və digərlərinin əməlində cinayət işinin olması barədə yekun qərarı prokurorluq verəcək.

 

Bu arada daha bir məlumatı sizinlə bölüşmək istəyirəm. Azadə Kərimova "Zerkalo" qəzetinə müsahibəsində bildirib ki, mən həmin məntəqəyə bacımın əvəzindən səs verməyə getmişdim. Müsahibənin linkini şərh bölməsində yerləşdirirəm.

 

Müsahibədə diqqəti çəkən digər məqam ondan ibarətdir ki, Şürük kənd icra nümayəndəsinin müavini Qabil Abbasov Jaləni onun rəfiqəsinin Lənkəranlıları "təhqir etdiyinə" görə saçından tutub dartdıqlarını iddia edir, guya ki, onu döyməyiblər, "başını sığallayıblar". Nə Jalə və nə də onun rəfiqəsi Lənkəranlar haqqında güldən ağır söz deməyiblər. Bu Jalənin döyülməsinin təşkilində birbaşa əli olan yerli icra hakimiyyətinin yeni uydurmasıdır. Jalə Lənkəranı çox sevir və bu region onun ən çox bəyəndiyi bölgədir. Həmişə oranı görməyə həvəslə gedib, hər səfərdən qayıdanda da Lənkəranlıların qonaqpərvərliyindən ağız dolusu danışıb. Odur ki, deyilənlər qarayaxmadır, təhqiqat işinin azdırılmasına və Jaləyə qarşı ittihamların formalaşdırılmasına xidmət edir.

 

Hesab edirəm ki, bütün bu məsələlər ictimai diqqətdə saxlanılmalı və təhqiqatçı tərəfindən dərindən araşdırmalalıdır.

 

Qubad İbadoğlu

 

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri

Tarix: 23 Fevral 2020, 21:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin