BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan da sərhədi bağladı

Ermənistan koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə İranla sərhədi iki həftəlik bağlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

 

O qeyd edib ki, İranda koronavirusa yoluxma və ölüm hadisəsindən sonra iki ölkə arasında təyyarə reysləri də  müvəqqəti olaraq dayandırılıb.

 

Xatırladaq ki, İranda koronavirusa yoluxma hadisəsi ən çox Qum şəhərində qeydə alınıb. Rəsmi məlumata görə, bu ölkədə yeni virusa 43 nəfər yoluxub, 8 nəfər isə ölüb.

 

Tarix: 23 Fevral 2020, 22:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin