BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa yoluxan yoxdur - RƏSMİ

Sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

 

Pravda.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydıqları məlumatda bildirilib ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

 

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Tarix: 23 Fevral 2020, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin