BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fənərbaxça"nın baş məşqçisi istefa verməyib - YENİLƏNDİ

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Pravda.az-ın xəbərinə görə, 59 yaşlı mütəxəssis Super Liqanın XXIII turunda "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti yalanlayıb.

 

Təcrübəli mütəxəssis "Fənərbaxça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".

***

23:35

 

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, buna komandanın Türkiyə Super Liqasının XXIII turunda "Qalatasaray"a məğlubiyyəti (1:3) səbəb olub.

 

Yerli mətbuat Kadıköydə 21 ildən sonra "Qalatasaray"a yenilən "sarı-lacivərdlilər"də çalışdırıcının istefa verdiyini yayıb. Lakin bu barədə hələlik rəsmi məlumat verilməyib.

 

Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.Apasport

Tarix: 24 Fevral 2020, 00:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin