BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP-dən yenə şikayət var – “Sistemdə görünmədiyi üçün saxlamışam...”

“Şikayətim Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi əməkdaşlarındandır. Hadisə növbəti dəfə bu gün - 02.03.2022 -ci tarixi saat 07:51-də baş verdi. 99 YP 251 dövlət nömrə nişanlı DYP avtomobili bayraq meydanından üzü Bayıla tərəf gedəndə siqnal verib saxlamağıma işarə etdi. Yaxa kartı nömrəsi 0565 olan DYP əməkdaşı yaxınlaşaraq avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal 4-cü dəfə baş verdiyi üçün "vaxtı çatanda yeniləyirəm" cavabının verdim. "Bizim sistemdə görünmədiyi üçün saxlamışam" deyərək planşeti ilə məşğul olmağa başladı. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməyi dedim. Qısa söhbət və əsəblər yerindən oynayandan sonra heç bir protokol tərtib edilmədən yoluma davam etdim. Qeyd edim ki, avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. İndi sual olunur. Bu DYP əməkdaşının məqsədi nədir? Əgər sığorta həqiqətən yoxdursa, niyə protokol tərtib etmədi? Baxmayaraq planşeti mənə tərəf tutub "sistemdə görsənmir"i 2-3 dəfə dedi. Eyni zamanda əgər avtomobilin sığortası yoxdursa, bunu kameralar vasitəsilə elektron qaydada qeyd edib protokol tərtib etməlidirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu piar mütəxəssisi Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, Səbail rayon DYP-sinə aid 99 YP 250, 251, 252, 253 dövlət nömrəli avtomobillər eyni taktikadan istifadə edir: “Çünki ötən dəfə digər avtomobil saxlamışdı məni. Eyni ərazidə xidmət aparırlar. Azneft meydanı - 20-ci sahə arasında. Elə yerindəcə 102 xidmətinə şikayətimi bildirdim. Araşdırma aparıb cavab versinlər”.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib.

 

Leyla

Tarix: 2 Mart 2022, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin