BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Məmmədli: “Kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, hər smartfonu olan özünü jurnalist hesab edir”

“Media haqqında” qanun geniş müzakirə edilib. Kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, hər smartfonu olan özünü jurnalist, informasiya daşıyıcısı hesab edir. Ona görə də yeni qanuna reaksiyalar təbiidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli AzTV-nin “Çıxışa doğru” verilişində bildirib.

 

N.Məmmədli qeyd edib ki, əsas məqsəd Azərbaycanın media mühitini sağlamlaşdırmaq, media subyektlərinin beynəlxalq və yerli rəqabətə davamlılığını artırmaq, onların biznes modeli kimi formalaşması prosesini sürətləndirməkdən ibarətdir: “Qanun Azərbaycan jurnalistinin nüfuzunun qaldırılmasına hesablanmış konkret maddələri özündə əks etdirir. Müxtəlif fikirlər səslənə, tənqidlər, iradlar ola bilər. Əsas odur ki, səslənən fikirlərə “Media haqqında” qanun özü cavab verir”.

 

Nadir

Tarix: 2 Mart 2022, 21:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin