BURADA REKLAMINIZ OLA
BİLƏR

“Media könüllüləri” Proqramına yenidən qeydiyyat başladı - FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.

 

Pravda.az xəbər verir ki, media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.

 

Daha ətraflı məlumat almaq üçün suallarınızı [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

Fotoları təqdim edirik
Tarix: 2 Mart 2022, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin