BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid olan əsgərin FOTOSU

Ermənistanın təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlunun fotosu yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin açıqlamasında deyilir:

 

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Fotoları təqdim edirik
Tarix: 24 Fevral 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin