BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazirdən daha bir qərar

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə dəyişiklik olunub.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla Cəmiyyətin Müşahidə Şurasının tərkibinə dəyişiklik olunub.

 

İndiyə qədər Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) nəfər üzvdən ibarət olub. Müşahidə Şurasının tərkibi İqtisadiyyat Nazirliyinin (2 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsinin (1 nəfər) nümayəndələrindən ibarət olub.

 

Dəyişikliyə əsasən, Müşahidə Şurası İqtisadiyyat Nazirliyinin nümayəndəsi olan 3 üzvdən ibarət olacaq.

Tarix: 3 Mart 2022, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin