BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atır" - RƏY

"Prezident İlham Əliyevin xüsusilə son günlərdə imzaladığı sərəncamlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bir neçə gün əvvəl Prezident dövlət qulluqçularının əmək haqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Bu gün imzalanan "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam isə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə həsr edilib. Əminəm ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən belə sərəncamlar davamlı olacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

 

 

Deputat bildirib ki, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək: "Burada qulluq stajına görə əlavələr də nəzərə alınacaq. Əlbəttə ki, vətəndaşlar üçün bu sərəcamın əhəmiyyəti böyükdür və ictimaiyyət belə sərəmcamları yüksək dəyərləndirir. Xüsusilə də ötən ilin noyabrdan başlayaraq bu günə qədər qəbul edilən sərəncamlar əhalinnin, demək olar ki, bütün kəsimini əhatə edib. Həmin sərəncamlarla müxtəlif kateqoriyalardan olan vətəndaşların əmək haqları, təqaüdləri, pensiyaları və digər sosial ödənişlərində artım nəzərdə tutulub. Prezident İlham Əliyev bütün təbəqələrdən olan əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atır. "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamda bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin əsas prioriteti vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır".

 

Nəzrin Cavid

Tarix: 4 Mart 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin