BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoran, kafe, çay evlərində vaxt məhdudiyyəti aradan qaldırıldı

Sabahdan Azərbaycanda restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır.

 

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

 

Ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət ləğv edilir.

Tarix: 5 Mart 2022, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin