BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya və Azərbaycan arasında hava yollarının bağlanması təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır”

“Rusiya və Azərbaycan arasında hava yollarının bağlanması təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır. Bu o demək deyil ki, Azərbaycan və Rusiya arasında hər hansı bir gərginlik yaşanır”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib.

 

M.Cəfərov qeyd edib ki, Azərbaycan dövləti bütün ölkələrlə sağlam münasibətlər formalaşdırıb: “Biz hər zaman bütün ölkələrlə dövlətimizin milli maraqları əsasında uzlaşırıq. Mən bunu hazırda dünyada gərgin hadisələr fonunda xalqımızın təhlükəsizliyini təmin olunması üçün atılmş addım kimi qiymətləndirirəm. Tək Rusiya-Ukraynanın gərginləşən münasibətləri fonunda deyil, ümumiyyətlə, siyasi hadisələri nəzərə alsaq, həqiqətən hazırda təhlükəsizlik əsas məsələdir. Dünya ölkələrinin bir-birinə soyuq müharibə elan etməsi açıq-aşkar özünü göstərir”.

 

Deputat Rusiya və Azərbaycan arasındakı əlaqələrdən də danışıb: “Rusiya ilə olan münasibətlər öz axarında davam edir. Yürüdülən siyasətdən də məlumdur ki, Azərbaycan hökuməti üçün əsas məsələ öz dövlətimizin süverenliyi və sabitliyidir. Təbii ki, biz hər zaman qonşu və dost ölkələrə ehtiyac hiss olunduğu anda dəstəyimizi ifadə etmişik. Bundan sonra da bu yolla davam edib, dünya ölkələri ilə əlaqələrimizi daha da yaxşılaşdıracağıq”.

 

Qeyd: AZAL-ın yaydığı məlumatda bildirilib ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

 

Kənan Mirzəyev

Tarix: 6 Mart 2022, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin