BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun Turanın yaradılması ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu

Ekspert Qubad İbadoğlunun "Müasir dünyada bu miqyasda ölkə (Rusiyanı nəzərdə tutur-red) ola bilməz, əvvəl axır dağılmalıdır, Türk Dövlətlər Birliyi üçün ən yaxşı fürsətdir. Yaşasın Turan!" açıqlaması müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri bu ideyanı xülya adlandırıblar, Turanın qurulmasını mümkünsüz hesab ediblər.

 

Q.İbadoğlu da fikirlərinə aydıblıq gətirib: “Bir qrupunun rəylərindən belə başa düşdüm ki, Turan ideyasını avantüra hesab edirlər, əslində bu qənaət bəzilərinin strateji düşüncə tərzinin və azadlıq şüurunun inkişaf etməməsindən qaynaqlanır. Görünür bəziləri bu istiqamətdə hətta ideoloji müzakirələrə hazır deyil. Bu uzun proses olsa da, biz xalqları buna indidən hazırlamalıyıq. Rusiyanın Ukraynaya təcavüzündən sonra süqutu yalnız iqtisadiyyatında tənəzzüldə müşahidə olunmayacaq, həm də idarəçiliyində əhəmiyyətli dəyişişiklərə gətirib çıxara, hətta bu Rusiyada rejim dəyişikliyi ilə də nəticələnə bilər. Bu halda nələr baş verəcək. Heç şübhəsiz ki, 1) Türk dövlətləri də demokratikləşəcək. 2) Rusiyanın hazırkı ərazisində yeni dövlətlər yaranacaq. 3) dünyada de-qloballaşma prosesi başlayacaq və regional birliklər önə çıxacaq. Bu üç faktor Turan ideyasının gerçəkləşdirilməsi üçün yeni fürsətlər yaradacaq. Türk Dövlətləri Təşkilatı Avropa Biriyində olduğu kimi ilk növbədə öz aralarında monetar və iqtisadi inteqrasiyanı gücləndirə bilər, bu inteqrasiya vahid valyuta və gömrük məkanına qədər inkişaf edə və sonradan da TBT AB formatında siyasi birliyə çevrilə və öz təhlükəsizlik sistemini formalaşdıra bilər. Buna şübhəniz olmasın, bu on illər zaman aparsa da, mütləq baş verəcək, mən buna inanıram”.

 

O qeyd edib ki, klassik Turan tərəfdarı deyil: “Azərbaycanın inkişafının liberal iqtisadi dəyərlərə əsaslanan sosial ədalətə söykənən idarəçilikdə görürəm, mən xalqın iradəsi ilə Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsinin, o sıradan da talışın və ləzginin də Azərbaycanda prezident seçilməsini normal, eyni zamanda post-Putin Rusiyası dövründə həm iqtisadi və həm də təhlükəsizlik baxımdan, vahid valyuta və gömrük məkanında regional inteqrasiyadan qarşılıqlı faydalanan birlik üzərində müasir dövrün tələblərinə cavab verən türk dövlətlərinin regional təşkilatın da formalaşmasını labüd hesab edirəm”.

 

Nadir

Tarix: 6 Mart 2022, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin