BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mançester Yunayted” məğlub oldu

İngiltərə Premyer Liqasında növbəti Mançester derbisi baş tutub.

 

Yarışın lideri “Mançester Siti” öz meydanında “Mançester Yunayted”i qəbul edib.

 

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Ralf Ranqnikin yetirmələri “şəhərlilər” qarşısında aciz qalıb. Kevin de Breynenin erkən qoluna Ceydon Sanço cavab verə bilsə də, Pep Qvardiolanın yetirmələri qələbə gətirən toplara imza atıblar. Öncə belçikalı dublunu rəsmiləşdirib, fasilədən sonra Riyad Mahrez 2 dəfə fərqlənib. O, öncə Kevinin, ardınca İlkay Gündoğanın assistini qola çevirib – 4:1.

 

Qeyd edək ki, 28 oyunda 69 xal toplayan “Mançester Siti” 1-ci, 22 xal geri qalan “Mançester Yunayted” 5-ci pillədə qərarlaşıb.

 

Apasport

Tarix: 6 Mart 2022, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin