BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Azərbaycanın Ukrayanaya göstərdiyi humanitar yardım Rusiyanı qıcıqlandıra bilməz”

“Azərbaycan və Rusiya arasında aviareyslərin müvəqqəti olaraq dayandırılması Rusiyanın istəyi ilə baş tutub. Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edilsə də, özü də yaxın ölkələrə giriş-çıxışı qadağan etmək üçün belə bir addım atıb. Bunun Azərbaycanla xüsusi əlaqəsi yoxdur. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsi normaldır”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, Azərbaycan başqa dövlətin işğal edilməsini qəbul edə bilməz: "Fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında” Bəyannamə də ərazi bütövlüyü məsələsi xüsusi olaraq qeyd edilib. Yəni, ona görə də normal münasibətlərimiz var. Lakin Rusiya hansısa ölkəni işğal etmək istəyəcəksə, Azərbaycan bunu dəstəkləyə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan özü də vaxtilə işğala məruz qalmış ölkədir. Rusiya da yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Bizim Ukrayana göstərdiyimiz humanitar yardım Rusiyanı qıcıqlandıra bilməz. Azərbaycan humanitar yardımı bütün ölkələrə, eləcə də sabah Rusiyanın başına fəlakət gələrsə, ona da edə bilər. Azərbaycan insanlığa Rusiya prizmasından baxmır".

 

Nəzrin Cavid

Tarix: 7 Mart 2022, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin