“Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında qarşılıqlı məktublaşma iki dövlət arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi ilə əlaqədardır. Sirr deyil ki, son vaxtlar Azərbaycan və Fransa münasibətlərində yumşalma hiss olunur. Qəbul etməliyik ki, Fransa Ermənistana uzun illər ərzində, xüsusilə də 44 günlük Vətən müharibəsində ciddi dəstək göstərmiş ölkədir. İkinci Qarabağ müharibəsinin gedişində Makron cənab Prezident İlham Əliyevə dəfələrlə zəng edərək, onda guya Yaxın Şərqdən gəlmiş terroristlərin Azərbaycan tərəfində vuruşduğuna dair faktların olduğunu bildirirdi. Müharibədən sonra da Fransa senatı beynəlxalq hüququn ziddinə, Azərbaycan və Türkiyə əleyhinə qətnamələr qəbul edib. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransada prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq, Fransa prezidentliyinə namizədlərin bir neçəsinin Qarabağa qanunsuz səfərinin, eləcə də Ermənistana dəstək verəcəkləri ilə bağlı bəyanatlarının şahidi olmuşuq. Lakin istənilən halda, Fransa ilə Azərbaycan münasibətlərində yaranmış müsbət çalarları qeyd etmək lazımdır. Emmanuel Makron Avropa İttifaqı-Azərbaycan münasibətləri də çərçivəsində əməkdaşlığı da yüksək qiymətləndirib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Fransa Prezidenti reallıqlarla barışmaq məcburiyyətində qalıb: “Bunu Prezident İlham Əliyevin apardığı siyasətin, Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirmək lazımdır. Makron proseslərə qərəzli yanaşsa da, Azərbaycanın haqlı olduğunu və mövqeyindən geri çəkilmədiyini gördü. Fransa başa düşdü ki, lazım gələrsə, Azərbaycan istənilən gücə qarşı güc tətbiq edə bilər. Heç kim Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları dəyişmək iqtidarında deyil. Makronun sülh müqaviləsinin imzalanmasına yönəlik təşəbbüsləri, UNESCO-Azərbaycan münasibətlərində verdiyi dəstək Azərbaycan Prezidentinin yaratdığı reallıqlarla birbaşa əlaqəlidir. Yəni, mən elə eyforiyada deyiləm ki, Makronun qısa müddətdə dəyişərək, Azərbaycana qarşı xüsusi simpatiya duymasına inanım. Ümid edirəm ki, bundan sonra da Fransa və Azərbaycan ikitərəfli münasibətləri hansısa gərginlik olmadan inkişaf edəcək. Dostluq və qarşılıqlı etimada, eləcə də hər iki tərəfin milli maraqlarına söykənən sağlam münasibətlərin qurulması vacibdir. Fransa dünyada, eləcə də Avropada söz sahibi olan ölkələrdəndir. Həmçinin, Azərbaycan da Ermənistandan fərqli olaraq iqtisadi cəhətdən kifayət qədər cəlbedici dövlətdir. Yəni, Fransa Ermənistanı kor-təbii şəkildə dəstəkləməklə heç nəyə nail ola bilməz”.
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin