BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dəhlizləri Rusiya istiqamətində açmağa çalışırlar, onlar vətəndaşlarımızın Rusiyaya getməsini istəyirlər”

“Rusiya iki dəfə humanitar dəhlizlərin açılması zamanı atəşkəsə riayət etməyib. İndi də ruslar deyirlər ki, dəhlizləri Rusiya istiqamətində açmağa hazırıq. Onlar bizim vətəndaşlarımızın Rusiyaya getməsini istəyirlər. Bu çox absurd və qəbuledilməzdir”.

 

Pravda.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk "Teleqram" kanalında məlumat verib.

 

“Bütün sivil dünyanı Rusiyaya təzyiq göstərməyə çağırıram. Ukraynaya mülki əhalinin və əcnəbilərin işğal olunmuş ərazilərdən və döyüş bölgələrindən çıxarılması üçün humanitar dəhlizlər lazımdır” - Vereşçuk vurğulayıb.

 

Leyla

Tarix: 7 Mart 2022, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin