BURADA REKLAMINIZ OLA
BİLƏR

Oleq Krapivin Ukraynada yaşayan azərbaycanlılara çağırış etdi: "Panikaya düşməyin"

"Bu gün paytaxt Kiyevdə nisbətən sakitlikdir. Ümid edirik ki, vəziyyət yaxşıya doğru dəyişər. Biz soydaşlarımızın evakuasiyası üçün əlimizdən gələn qədər çalışırıq. Azərbaycanlıları Polşa, Moldova sərhədinə, Türkiyəyə yola salırıq. Avtobus reysləri təşkil edərək uyğun qrafiklə soydaşlarımızı Türkiyəyə evakuasiya etməyə çalışırıq. Vətəndaşlarımıza səslənirəm ki, panikaya düşməsinlər. Əvvəlcə, xanımlar və uşaqların təxliyəsinə nail olmağa çalışırıq. Biz özümüz burdayıq".


Bunu Pravda.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri Oleq Krapivin deyib.


O.Krapivin həmyerlilərimizə çağırış edib: "Özünüzü ələ alın, müharibə şəraitində müəyyən çətinliklər başadüşüləndir. Əlimizdən gələn qədər dəstək oluruq. Çətinlik odur ki, Ukrayna vətəndaşlığı alan azərbaycanlılara təxliyə ilə bağlı kömək edə bilmirik. Yaşı 18-60 olan Ukrayna vətəndaşları sərhəddən buraxılmırlar. İstənilən halda, bu problemlə də işləyirik, bacardığımız nəsə olarsa, icra edəcəyik. Bu çətinliklər fonunda fürsətdən istifadə edərək, bütün xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edirəm və onları səbrli olmağa çağırıram".


Nəzrin Cavid

Tarix: 7 Mart 2022, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin