BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov: "Kiyev tələbləri yerinə yetirərsə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazırdır"

"Rusiya Ukraynadan neytral statusu qeydə almağı, Krımı Rusiyanın bir hissəsi kimi, həmçinin Donetsk və Luqansk "Xalq Respublikaları"nın müstəqilliyini tanımağı tələb edir".


Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov "Reuters"ə müsahibəsində deyib.


O qeyd edib ki, Rusiyanın tələbləri qəbul edilərsə, hərbi əməliyyatlar istənilən vaxt dayandırıla bilər.


Peskov bildirib ki, Rusiya Kiyev qarşısında hər hansı yeni ərazi tələbi irəli sürmək niyyətində deyil. "Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını başa çatdırırıq. Amma ən başlıcası Ukraynanın hərbi əməliyyatları başa çatdırmasıdır. Onlar hərbi hərəkətlənməni başa çatdırmalıdırlar, o zaman heç kim atəş açmayacaq".


Leyla

Tarix: 7 Mart 2022, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin