BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Fikirləşirlər ki, Rusiyada gərginlikdir, fürsətdən istifadə edib cəbhədə təxribatlar törətmək olar"

"Son günlər Ermənistanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi əraziyə atəş açdığının şahidi oluruq. Bu, bir daha sübut edir ki, müharibə başa çatsa da, ermənilərin təxribatlarına hazır olmalıyıq. Ermənistan məqam düşən kimi Azərbaycana qarşı təxribatlar həyata keçirməyə başlayır. Heç kim düşünməsin ki, Ermənistanın bizə qarşı düşmənçiliyi də müharibə ilə paralel olaraq bitib. Bu, uzun müddət davam edəcək".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


O bildirib ki, ona görə də daim güclü olmalı, birlik qorunub saxlanılmalıdır: "Təəssüf ki, Azərbaycan xalqının bəxtinə belə bir düşmənlə qonşu olmaq yazılıb. Görünür, ermənilər Rusiya ilə Ukrayna arasında münasibətlərin gərginləşməsindən istifadə etmək xülyasına düşüblər. Fikirləşirlər ki, Rusiyada vəziyyət gərgin olduğu üçün fürsətdən istifadə edərək cəbhədə təxribatlar törətmək olar. Ermənilər başa düşməlidirlər ki, onların ən kiçik cəhdinin belə qarşısı hər zaman ən ciddi şəkildə alınacaq. Onlar təxribat törətməklə nəyəsə nail olacaqlarını zənn etməsinlər. Azərbaycan Ordusu peşəkardır və döyüş əməliyyatlarına hər an hazırdır. Ordunun daha da güclənməsi üçün dövlət tərəfindən ciddi addımlar atılır və təxribatların qarşısı qətiyyətlə alınır".


Nəzrin Cavid

Tarix: 7 Mart 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin