BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya Ukraynada istədiyinə nail olsa, ilgəyi boğazımıza keçirib, sıxmağa başlayacaq”

““Müttəfiqimiz” Dağlıq Qarabağı ayrıca subyekt kimi rəsmən qeyd etməklə müttəfiqliyin hazırkı səviyyəsindən məmnun olmadığını göstərir. Ukraynada istədiklərinə nail olsalar, ilgəyi boğazımıza keçirib, sıxmağa başlayacaqlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

Ş.Cəfərli qeyd edib ki, Ukrayna dövləti və xalqı bu gün təkcə özü üçün yox, həm də postsovet məkanındakı digər xalqların azadlığı, müstəqilliyi, eləcə də Avropanın təhlükəsizliyi üçün döyüşür: “Onların üzərinə çox böyük və şərəfli tarixi missiya düşüb. Bu mübarizədə Rusiyanı dəstəkləyən azərbaycanlıların olması (hansı ki aralarında jurnalistlər, şərhçilər və digər peşə sahibləri də var) təəssüf doğurur. Mən bunu ifadə azadlığı çərçivəsində qiymətləndirmirəm, bu adamlara biz bacardığımız qədər sanksiya tətbiq etməliyik, ən azından onları öz yanlış, vicdansız və insanlıq əleyhinə mövqelərinə görə utandırmalıyıq. Ümumiyyətlə, düşünürəm ki, müasir dünya (o cümlədən Ukrayna hökuməti) belələrinə qarşı səyahət qadağası tətbiq etməlidir. Rusiyanın Ukraynaya qarşı haqsız, amansız müharibəsini dəstəkləyən azərbaycanlıların və digər ölkələrin vətəndaşlarının sabah gedib Avropa, ABŞ, Kanada şəhərlərində, Ukraynada, Yaponiyada, Cənubi Koreyada, Tayvanda rahat gəzib-dolaşmasına, təhsil almasına, iş əlaqələri yaratmasına icazə verilməməlidir”.

 

Nadir

Tarix: 7 Mart 2022, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin