BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 64 yaşlı qadın dənizdə batdı

Abşeronda 64 yaşlı qadın dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Tarix: 24 Fevral 2020, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin