BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya Müdafiə Nazirliyinin “Zvezda” kanalının Azərbaycanda yayımına qadağa qoyulmalıdır"

“Rusiya Müdafiə Nazirliyinin idarə rəisi general Mizinsevin Qarabağın müvəqqəti olan hissəsindən guya Ukraynaya 14 ton yardım göndərilməsi haqqında açıqlamasına heç təəccüblənmədim. Əlbəttə, deyə bilərsiniz ki, general ağ yalan danışır,  özləri yardıma möhtac olanlar  bunu necə edə bilərlər? Təbii ki, doğru da deyəcəksiniz. Amma Ukraynada baş verənlərin savaş deyil, “özəl əməliyyat” olduğunu bildirənlərdən, bu haqda yüzlərlə videofakt olmasına baxmayaraq mülki obyektləri, yaşayış evlərini bombalamalarını təkzib edənlərdən başqa nə gözləmək olar?”

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

 

“Arbatdakıların, o sıradan da general Mizinsevin tez-tez işlətdikləri  "Dağlıq Qarabağ"  termininə gəldikdə isə,  Rusiyanın Ukraynada etdikləri nə  dərəcədə  beynəlxalq normalara cavab verirsə,  bizim 44 günlük savaşdan yaxşı  tanıdığımız Semyon Peqov kimi yaramazların oradan hazırladıqları reportajlar nə qədər obyektivdirsə, bu da bir o qədər yerindədir. Yeri gəlmişkən, təklif edirəm ki, Rusiya Müdafiə Nazirliyinin “Zvezda” kanalının Azərbaycanda yayımına qadağa qoyulsun. Çünki bu kanal  Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindən davamlı olaraq qərəzli reportajlar verir və bu zaman, hətta  “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməkdən belə çəkinmir” – deputat qeyd edib.

 

Nadir

Tarix: 7 Mart 2022, 20:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin