BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nissan” Rusiyada avtomobil istehsalını və satışını dayandırır

Yaponiyanın “Nissan Motor Company” Rusiyaya avtomobil ixracını dayandırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

 

Sankt-Peterburqdakı zavodda da avtomobil istehsalının dayandırılması gözlənilir.

 

Bildirilib ki, şirkət Ukraynadakı humanitar böhrandan çıxmaq üçün 2,5 milyon avroluq fond da yaradır.

 

Bu fond vasitəsilə şirkət müharibədən zərər çəkmiş ailələrə və uşaqlara humanitar yardım göstərmək üçün Qırmızı Xaç və digər qeyri-kommersiya təşkilatlarına 1 milyon avro bağışlayacaq.

 

Nadir

Tarix: 7 Mart 2022, 21:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin