BURADA REKLAMINIZ OLA
BİLƏR

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini öyrənməyə həvəsli görünürlər”

“Azərbaycan bu gün bütün dünyada özünün multikulturalizm dəyərləri ilə bəşəriyyətin aparıcı ölkələrinə nümunə kimi formalaşdırıb. Xalqımız əsrlər boyu özünün multikal dəyərlərini yüzilliklərin süzgəcindən keçirərək bir dünya brendinə çevirə bilib. Hətta ölkəmiz multikulturalizmin, tolerantlığın, millətlərarası münasibətlərin yeni və orijinal inkişaf modelini bütün dünyaya fəxarətlə təqdim etməkdədir. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri bizi nümunə göstərməklə yanaşı, bu sahədə Azərbaycanın təcrübəsini də öyrənməyə həvəsli görünürlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Sona Əliyeva bildirib.

 

S.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman dözümlü münasibət göstərib: “Ölkəmizdə minillərdir Azərbaycan türkləri ilə çiyin-çiyinə verərək bu günlərə gələn fərqli mədəniyyətlər, dillər, dinlər, onların daşıyıcıları da bu modelin əsas tərkib hissələrindədir. Onlar aparıcı etnosla ölkəmizin multikultural dəyərlərini sevə-sevə paylaşırlar.

 

Tarix boyu Azərbaycan qonaqpərvər ev sahibi simasını nümayiş etdirib. Buraya gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Ölkəmizdə aparıcı etnos olan Azərbaycan türkləri ilə yanaşı, laklar, rutullar, talışlar, ləzgilər, udinlər, tatlar, kürdlər, buduqlar, ceklər, gürcülər və digər kiçik etnik qruplar bu dövlətin onlar üçün yaratdığı konstitusyon hüquqlardan, imkanlardan ayrıseçkilik olmadan istifadə edirlər. Öz dillərini, mədəniyyətlərini, gələnəklərini, adət-ənənələrini qoruyub inkişaf etdirirlər, gələcək nəsillərə ötürürlər”.

 

Leyla

Tarix: 8 Mart 2022, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin