BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya və Ukrayna arasındakı müharibənin yaratdığı vəziyyət Azərbaycan banklarına necə təsir edəcək? - AÇIQLAMA

“Rusiya kapitallı "Yelo Bank" və "Bank VTB" üçün üçün təhlükə ondan ibarətdir ki, Moskvada yerləşən əsas banklar onlara daim maliyyə dəstəyi verdiyi halda, indiki halda ola bilər ki, həmin dəstəyi göstərə bilməsinlər. Ona görə də korperativ müştərilər ehtiyatlı olmalıdırlar. Digər yerli banklara gəldikdə isə, öz aktivlərinə və kapitallarına görə Azərbaycanda ilk onluğa daxil olan banklardan başqa digərlərində müəyyən təhlükələr həmişə yarana bilər”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycan banklarında təhlükə əsasən problemli kreditlərlə bağlıdır: "İlk onluğa aid olmayan həmin bankların problemli kreditləri çoxdur. Əgər həmin kreditlər qayıtmasa, bank da öz əmanətlərini geri qaytara bilməyəcək. Amma bu, o demək deyil ki, qeyd edilən təhlükə həmin banklar üçün mütləq var. Sadəcə olaraq, bu, gözləniləndir. İndiki vəziyyətdə biz hansı bankın hansı müştərilərə bağlı olduğunu bilmirik. Hazırkı geosiyasi durum müvafiq banklara mənfi təsir göstərə bilər. Ola bilər ki, hansısa bankın əsas müştərilərindən biri Ukraynada bizneslə məşğul imiş. Müharibə şəraitində isə, əlbəttə ki, krediti qaytara bilmədikdə çətinlik yaranacaq. Yəni, bu kimi problemlər ola bilər”.

 

Nəzrin Cavid

Tarix: 9 Mart 2022, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin