BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, SSRİ dövründə olduğu kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq” – Natiq Cəfərli

“İlkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 milyon Rusiya vətəndaşı çalışırdı. Həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılarla bərabər isə toplam 11-12 milyon nəfərdir. Deməli həmin insanlar gəlirsiz qala bilər. Daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı isə daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı. İndi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq. Təxminən 15 milyondan çox rusiyalı da müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər. Xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönmə riski onların da gəlirsiz qalmasına səbəb olacaq”.

 

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.

 

O bildirib ki, birbaşa və dolayısı ilə 30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir.

 

“Martın 8-də Rusiya Mərkəzi Bankının ölkədə dollar satışını sentyabr ayına qədər qadağan etməsi “qara bazarın” yaranmasına səbəb olacaq. Nəzərə almaq lazımdır ki, SSRİ kimi monsrt belə valyuta əməliyyatlarının “qara bazarına” mane ola bilməmişdi. Deməli, korrupsiyada boğulan Rusiya bunu ümumiyyətlə edə bilməz. Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı yaranır, piştaxtalar boş qalır ki, bu da yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq. Ona görə də bir müddət sonra Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər. Yəni, Putin və ona inanan milyonlarla rusiyalıların arzusu yerinə yetir – SSRi-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər. Nə deyim, nə tökərsən aşına, o da çıxar qaşığına”, - deyə N.Cəfərli qeyd edib.

 

Nəzrin Cavid

Tarix: 9 Mart 2022, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin