BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İrəvan sülh müqaviləsini ya könüllü, ya da məcburi qaydada imzalayacaq"

"Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi mütləq imzalanacaq, çünki Azərbaycanın bölgədə yaratdığı və regionda istisnasız hər kəsin maraqlarına xidmət edən yeni reallıq bunu diqtə edir. Bu günə qədər sülh müqaviləsinin imzalanmamasına görə İrəvan məsuliyyət daşıyır. Ermənistan bununla nəyəsə nail olubmu?".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.


O bildirib ki, sülh müqaviləsinin gecikdiyi hər ötən gün Ermənistanın olmayan iqtisadiyyatı çöküşə gedib, demoqrafik vəziyyəti pisləşib: "Azərbaycan quruculuq-bərpa prosesini sürətlə davam etdirir. Siyasi situasiya getdikcə maraqlarımıza daha çox cavab verməyə başlayır. Yəni, zaman Azərbaycanın lehinə, Ermənistanın əleyhinə işləyir. Bunu Ermənistan rəhbərliyi özü də başa düşür və son günlər sülh müqaviləsi ritorikası da əbəs yerə deyil. Bu prosesdə sülhməramlıların roluna gəlincə, onların missiyası bəllidir,  konkretdir. Sülh müqaviləsinin imzalanması ilə sülhməramlıların fəaliyyəti arasında birbaşa bağlılıq axtarılmasının tərəfdarı deyiləm. Əlbəttə, sülhməramlıların işlərini vicdanla görmələri ümumi prosesə dəstək olar, lakin bütövlükdə bölgədə hansısa amil yox, İlham Əliyevin qətiyyəti diqtə edir. İrəvan sülh müqaviləsini də bu qətiyyətdən doğan gücün təsiri ilə ya könüllü, ya da məcburi qaydada, yəni istənilən halda imzalayacaq".


Nəzrin Cavid

Tarix: 9 Mart 2022, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin