BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı universitetlər mərkəzdən kənara köçürülür?

Bakı şəhərindən ali məktəblərin va regional əhəmiyyətli tədris müəssisələrinin digər bölgələrə köçürülməsi haqqında məsələyə aydınlıq gətirilib.

 

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

 

Hesabatda bildirilib ki, ölkəmizdə 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərir.

 

Bakı şəhərində yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla bilər. Odur ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı yeni kampusların inşası məsələsi müzakira olunmur.

 

APA

Tarix: 9 Mart 2022, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin