BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın sülhməramlı kontingenti bu ərazidən çıxarıla bilər - AÇIQLAMA

“Rusiya qüvvələri Qarabağda yerləşdiriləndə, ruslar özləri onları 2 hissəyə bölüb: "Şimal Məsuliyyət Zonası" və "Güney Məsuliyyət Zonası".  Kiçik ərazidə belə bir bölgünün aparılmasının ən mümkün səbəbi - çıxarılma məqamı gələndə bunu "mərhələli" etmək üçün bəhanə qazanmaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, 1,5 il ərzində "Şimal" tərəfdə hərbi baxımdan elə də böyük problemlər yaşanmayıb: “Orada əhali də azdır. Bu ərazinin Azərbaycan qüvvələrinə artıq indidən təhvil verilməsi üçün prinsip etibarilə elə bir əngəl yoxdur.  Hökumət bunun üçün ciddi çalışmağa başlamalıdır. Rusiyaya qoyulan beynəlxalq sanksiyalar nəqliyyat xətlərinin açılması baxımından 10 noyabr 2020-ci il tarixinə olmuş vəziyyəti çox dəyişib. Sabah Zəngəzur dəhlizini açırıqsa, amma Ermənistan ərazisindən keçən dəmir yolu sanksiyalanmış Rusiya dəmir yollarnın nəzarətində olacaqsa, 10 noyabr bəyannaməsinin səmərəli icrası çətinləşəcək, bəlkə hətta qeyri-mümkün olacaq. Odur ki, Azərbaycan hökuməti bu baxımdan da bəyannamənin gələcəyinə dair Rusiya və Ermənistanla perspektivli həll axtarmağa başlamalıdır”.

 

Leyla

Tarix: 9 Mart 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin