BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsadirə edilmiş narkotiklər tibbi məqsədlərlə istifadə ediləcək

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir.

 

Bu, Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclaslına tövsiyə edilib.

Tarix: 9 Mart 2022, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin