BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyev sərbəst buraxıldı - YENİLƏNDİ

Bəxtiyar Hacıyev sərbəst buraxılıb. O, şikayətlərinə baxılmadığına görə etiraz etdiyini bildirib.

 

***

 

18:08

 

İctimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis idarəsindədir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

 

O, təmsilçisi olduğu “Müdafiə Xətti”nin nümayəndələrinin BŞBPİ-yə dəvət edildiyini bildirib: “Baş idarənin rəis müavini, polis polkovniki Vüqar Ələkbərovla ictimai fəal Bəxtiyar Hacıyevin saxlanma səbəblərini müzakirə etdik. Hazırda isə Bəxtiyar bəyi gözləyirik, 3 saatdır ki, saxlanılıb və dindirilir”.

 

Leyla

Tarix: 9 Mart 2022, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin