BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsəndə avtomobilin təkəri partladı

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yalqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan "VAZ" markalı avtomobilin təkəri partlayıb. Nəticədə avtomobil yolun kənarındakı daşa çırpılıb. Qəza zamanı 1992-ci il təvəllüdlü Allahverdiy.ev Rövşən İsmət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Tarix: 24 Fevral 2020, 23:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin