BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi gecə baş verənlərlə bağlı məlumat yaydı - SON DƏQİQƏ

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 10 Mart 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin