BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakıda monitor arxasında oturub, evində isti çay içib "Slava Ukrayna" deməklə deyil”

“Ukrayna-Rusiya müharibəsi qısa müddətdə dayanacaq. Danışıqların da Türkiyə vasitəsilə olacağını güman edirəm. Əks halda Ukraynanın Suriyaya çevrilmə təhlükəsi var. Görünən odur ki, Qərbin bu müharibəni dayandırmaq gücü yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.

 

Ə.Məmmədli qeyd edib ki, Putin Qərb liderlərinə əhəmiyyət vermir, amma Ərdoğana münasibəti fərqlidir: “Bunu Zelenski də anlayır. Ərdoğan yeganə liderdir ki, həm Putin, həm də Zelenski tərəfindən qəbul edilir. Burada bir çoxlarımız rahat oturmuşuq, amma Ukraynada bir insan, bir xalq, bir dövlət faciəsi yaşanır. Bakıda monitor arxasında oturub, evində isti çay içib "Slava Ukrayna" deməklə deyil, rus ayısı dayandırılmazsa, Ukrayna dövləti və dövlətçiliyinin  müqəddəratı böyük təhlükə altına düşür. Avropanın göbəyində yeni Suriya, yeni İraq yarana bilər. Bunun olmaması üçün Türkiyənin vasitəçi olaraq ortaya girməsi təkcə Ukrayna və Rusiyanın deyil, həm də Avropanın maraqlarına cavab verir. Müharibənin uzanması fikrimcə ancaq ABŞ və Çinin maraqlarına cavab verir. Ukrayna-Rusiya müharibəsi uzunmüddətli fazaya keçərsə (hansı ki, inandırıcı deyil) Ukrayna təəssüf ki, böyük xarabalığa çevriləcək, Avropa, ABŞ-dan asılı vəziyyətə düşəcək. Rusiyaya gəldikdə isə, bu ölkə zəifləyəcək. Bu cür vəziyyət Uzaq Şərqdə Çinin mövqelərini gücləndirəcək. Çin üçün rus Uzaq Şərqini və Sibiri gələcəkdə nəzarətə keçirmək imkanları yaranır”.

Tarix: 10 Mart 2022, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin