BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı həbs edildi

Fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğrayan sərnişin təyyarəsinin əsas pilotu – heyətin komandiri Türkiyə məhkəməsinin qərarı ilə həbs olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Bildirilir ki, məhkəmə təyyarə komandiri Mahmud Arslanın “səhlənkarlıq nəticəsində birdən çox insanın ölümünə və yaralanmasına səbəb olmaq” ittihamı ilə həbs olunması barədə prokurorun tələbini təmin edib.

Qeyd edək ki, İzmir-İstanbul reysi ilə hərəkət edən “Pegasus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yerə enərkən uçuş-eniş zolağından çıxıb və üç hissəyə bölünüb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.APA

Tarix: 25 Fevral 2020, 07:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin