BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən yaşlı kişisi dünyasını dəyişdi

Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini – bu ayın əvvəlindən dünyada ən uzunömürlü kişi kimi Ginnesin Rekordlar kitabına düşən Titetsu Vatanabe dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Kiodo” agentliyi bildirib.

 

Bildirilir ki, Vatanabe 5 mart 1907-ci ildə doğulub, fevralın 23-də vəfat edib. Ən uzunömürlü kişi titulunun ondan əvvəlki sahibi də yaponiyalı olub. 113 yaşlı Masadzo Nonaka ötən il yanvarın 20-də dünyasını dəyişib.

 

Qeyd edək ki, yaponlar ənənəvi olaraq ən uzunömürlü insanların siyahısında ön pillələrdə yer alır. Dünyanın ən qoca qadını statusunun sahibi 117 yaşlı Kane Tanaka həm də ən uzunömürlü insan kimi Ginnesin Rekordlar kitabına düşüb.APA

 

 

 

Tarix: 25 Fevral 2020, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin