BURADA REKLAMINIZ OLA
BİLƏR

Müzakirələrə səbəb olan məktəb binası ilə bağlı rəsmi açıqlama: İki şagird təhsil alır

Təhsil Nazirliyi bu gün fotosu sosial şəbəkədə yayılan, kiçik və təmirsiz olan Lerik rayonu Dico kənd məktəbi ilə bağlı məsələyə münasibət bildirib.

 

Nazirlikdən bildirilib ki, son 10 il ərzində ölkədə 3500-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Həmçinin son 7 ildə Lerik rayonunda 36 məktəb tikilib və ya əsaslı təmir olunub, bunlardan 29-u modul tiplidir:

 

“Dico kənd ibtidai məktəb 1 otaqlı, 10 şagird yerlikdir. Məktəbdə 2 şagird təhsil alır, 1 müəllim çalışır. Məktəb 4 illik olduğundan şagirdlər 8 km-lik məsafədə yerləşən Tikəband kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.

 

Növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində bu məqsədlə Təhsil Nazirliyinə vəsait ayrıldığı təqdirdə müraciətdə qaldırılan məsələ öz həllini tapacaq” – açıqlamada qeyd edilib.

 

APA

Tarix: 10 Mart 2022, 19:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin