BURADA REKLAMINIZ OLA
BİLƏR

Hədə-qorxu ilə pul tələb edən sayt əməkdaşı barəsində həbs qətimkan tədbiri seçildi

Hacıqabulda hədə-qorxu ilə pul tələb etdiyi üçün saxlanılan jurnalist məhkəmə qarşısına çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, Hacıqabul rayon Məhkəməsi ayrı-ayrı vətəndaşların şikayəti əsasında tutulan “dogruxeber.com” saytının əməkdaşı İlham Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

 

Qeyd edək ki, Hacıqabul polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan hədə qorxu ilə pul tələb edən Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, “dogruxeber.com” saytının əməkdaşı İ.Həsənov vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb edib.APA

Tarix: 25 Fevral 2020, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin