BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT, Dünya Bankı, Aİ ekspertləri Ağdam, Füzulidə dağıdılmış abidələrlə tanış olubar

"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər".

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviter hesabında yazıb.

 

"Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib", - Prezidentin xüsusi nümayəndəsi əlavə edib.

Tarix: 13 Mart 2022, 01:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin