BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus Azərbaycana da mənfi təsir edir - 5,7 milyard dollarlıq səhmlər risk altındadır

Dövlət Neft Fondunun aktivlərinə təhlükələr artır.

 

5,7 milyard dollarlıq səhmlər risk altındadır.

 

Son beş il üzrə gəlirlilik Norveç Pensiya Fondunda - 4,8 faiz, Kanada Alberta Miras Fondunda - 8,7 faiz, ARDNF-də 1,4 faiz təşkil edib.

 

Koronavirusun Çin sərhədlərini aşıb dünyanın 30-dan çox ölkəsinə yayılması səhm bazarlarında təlatümlər yaradıb. Dünən dünyanın aparıcı Dow Jones sənaye indeksi özünün 124 illik tarixində 3-cü ən pis gününü yaşayıb, bir gündə indeks 1031 xal və ya 3,56 faiz dəyər itirib. Bu təbii ki, digər indekslərə, o sıradan da Dövlət Neft Fonunun (DNF) səhmlərinə də neqativ təsir göstərib. Belə ki, dünən DNF-nin səhmlərinə malik olduğu “Standard and Poor’s 100” indeksi 11.86 xal və ya 3.35, eləcə də “MSCI Europe ex UK” indekis 1.0850 xal və ya 4.11 faiz dəyər itirib. Bununla yanaşı DNF-nin Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Məsuliyyətli Cəmiyyətinə olan investisiyalarıına risklər artmaqdadır.

Digər tərəfdən DNF-nin 29 621,3 milyon ABŞ dolları borc öhdəlikləri və pul bazarları alətləri ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avtraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb. Bu portfelin avro, ingilis funt sterlinqi, Türkiyə lirəsi və Çin yuanında olan hissəsi də məzənnə fərqinə görə dəyərsizləşir.

 

Nəhayət onu qeyd etmək istərdim ki, son günlər DNF-nin strateji altportfelinə daxil olan qızılın qiymətində bahalaşma müşahidə olunur.

 

DNF baş verənlərə rəğmən hərəkətə başlamışdır. Hesab edirəm ki, ilk növbədə Brexit və Koronavirusun təsirlərini nəzərə alaraq valyuta portfeli yeniləşdirilməli, xüsusilə də Çin yuanında, Türk lirəsində, Rus rublunda olan aktivlər riskli bazarlardan geri çəkilməli, avronun və ingilis funt sterlinqin yekunda payı aşağı salınmalıdır.

30 senytabr 2019-cu ilə DNF-nin investisiya portfelində ABŞ dolları 54,7 faiz, avro 33,8 faiz, ingilis funt sterlinqi 4,9 faiz, yapon yeni 1,6 faiz, çin yuanı 1,1 faiz, türk lirəsi 0,8 faiz, rus rublu 0,7 faiz, avstriya dolları 0,5 faiz, koreya vonu 0,4 faiz və digər valyutalar 1,5 faiz təşkil edir. Müqayisə üçün qeyd edim ki, Norveç Pensiya Fondunun investisiya portfelinin valyuta tərkibinin 41,4 faizi ABŞ dollarından, 20,3 faizi avrodan, 8,3 faizi Yapon yenindən, 7,6 faizi funt sterlinqdən, 22,4 faizi isə digər valyutalardan, Kanada Alberta Miras Fondunun investisiya portfelinin 65,0 faizi Kanada dollarından, 17,1 faizi ABŞ dollarıdan, 5,0 faizi avrodan, 2,0 faizi Yapon yenindən, 4,2 faizi funt sterlinqdən, 6,7 faizi isə digər valyutalardan ibarətdir.

Son beş il üzrə gəlirlilik Norveç Pensiya Fondunda - 4,8 faiz, Kanada Alberta Miras Fondunda - 8,7 faiz, ARDNF-də 1,4 faiz təşkil edib.

Yeri gəlmişkən, onu da qeyd edim ki, ötən ilin başa çatmasından 1 ay 25 gün ötməsinə baxmayaraq DNF hələ də 2019-cu ilin yekunlarına dair press reliz yaymayıb.

 

Qubad İbadoğlu

 

İqtisadçı

Tarix: 25 Fevral 2020, 12:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin