BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənd və Tərtər rayonları istiqamətlərində gərginlik - Müdafiə Nazirliyi məlumat yaydı

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

 

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

 

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Tarix: 13 Mart 2022, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin