BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Ukraynadakı vəziyyətlə bağlı tapşırıq verib

“Ukraynadakı hadisələr səbəbindən bəzi narahatedici məqamlar var. Bunlar nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

 

Onun sözlərinə görə, bununla belə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür: “Bunun nəticəsi olaraq ölkəmizdə əsas (ərzaq) məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”.

Tarix: 15 Mart 2022, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin