BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaradağ" GES 110 min evi "yaşıl" enerji ilə təmin edəcək

"Qaradağ" Günəş Elektrik Stansiyası (GES) Azərbaycanda 110 min evi "yaşıl" (bərpa olunan enerji mənbələridən) elektrik enerjisi ilə təmin edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə mətbuat konfransı zamanı Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Muhamməd Əl Məzrui bildirib.

 

Onun sözlərinə görə, layihədə yerli sahibkarlara da faydalanacaq belə ki, layihənin icrasında avadanlığın 20%-i yerli podratçılar tərəfindən təmin edilməsi gözlənilir.

 

Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ "Masdar" şirkəti tərəfindən təmin olunacaq. Burada istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.

 

Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb.

 

APA

Tarix: 15 Mart 2022, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin